İraqın Müdafiə naziri Tbilisiyə gəlib
22.09.2022 15:24
111
Dünya
A
İraqın Müdafiə naziri Tbilisiyə gəlib

İraqın Müdafiə naziri Cuma İnad Gürcüstanda işgüzar səfər edib.

Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayır.

İraqlı nazir Gürcüstana səfəri çərçivəsində həmkarı Juanşer Burculadze ilə bir araya gəlib. .

"Görüşdə həmkarlar iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər. Söhbətdə hərbi-texniki sahədə əməkdaşlıq məsələlərinə toxunulub; Bu istiqamətdə imkanları müzakirə etmək və tərəfdaşlığı gücləndirmək istəyi ifadə olunub.

Tərəflər 2003-2008-ci illərdə Gürcüstan hərbi kontingentinin İraqdakı beynəlxalq missiyada iştirakından xüsusi şərəflə danışıb və bunun vacibliyini vurğulayıblar.

Səfər çərçivəsində İraq Respublikasının müdafiə naziri Qəhrəmanlar meydanında Gürcüstanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş qəhrəmanların xatirəsini ehtiramla yad edib, önünə əklil qoyub",-məlumatda deyilir.

ŞƏRH YAZ
2