Tbilisi-Marneuli magistralında faciə kimi yol qəzası: Çox sayda yaralı var — VİDEO
22.09.2022 19:49
2499
Hadisə
A
Tbilisi-Marneuli magistralında faciə kimi yol qəzası: Çox sayda yaralı var — VİDEO

Marneuli-Tbilisi magistralının Poniçala hissəsində ağır avtomobil qəzası baş verib.

Aktual.ge məlumat verir ki, yol-nəqliyyat hadisəsi zəncirvari şəkildə baş verib və nəticədə 3 avtomobil toqquşub.

Şahidlərin verdiyi məlumata görə, hadisə nəticəsində 2-si ağır olmaqla 5 nəfər yaralanıb. Qəza nəticəsində hər üç avtomobilə ciddi ziyan dəyib.

Hadisə yerinə gələn təcili yardım ağır yaralıları dərhal yaxınlıqda xəstəxanaya aparıb. Digərlərinin isə vəziyyətinin bu mərhələdə normal olduğu bildirilib.

Hadisə yerinə təcili yardım, patrul polisi və yanğın söndürmə briqadası cəlb olunub.

Faktla bağla araşdırma aparılır.

ŞƏRH YAZ
4