Tbilisidə iranlılar etiraz aksiyasına qalxdı - FOTO
22.09.2022 20:19
426
Siyasət
A
Tbilisidə iranlılar etiraz aksiyasına qalxdı - FOTO

Gürcüstanda yaşayan İran vətəndaşları Parlamentin qarşısında vətənlərində son günlər qadınlara dəstək adı ilə keçirilən aksiyalara həmrəylik elan ediblər.

Aktual.ge xəbər verir ki, nümayiş iştirakçılarının sözlərinə görə, İranda xüsusi təyinatlı polis bölmələri birbaşa küçədə hicab taxmaq istəməyən qadınları hədəfə alır.

Onların sözlərinə görə, İranda bir çox qadın hicab taxmaq istəmir. Etirazçıların fikrincə, hicab İran xalqının mədəniyyəti deyil.

Əllərində İran İslam inqilabından əvvəlki dövrün bayrağını dalğalandıran nümayişçilər, "Qadınlara azadlıq", "İslam Respublikasına yox", "Qətllərə son qoyulsun, anaların həbsinə son" kimi şüarlar səsləndiriblər və əllərində plakatlar tutublar. 

Aksiyada diqqət çəkən məqam isə nümayişçilərin əllərində mövcud deyil də, keçmiş İran dövlətinin bayrağını dalğalandırmaları olub.

Parlamentin qarşısındankı aksiyaya gürcüstanlı fəallar və "Utanç" hərəkatıda qoşulub.

Məlumat üçün bildirək ki, İranda hicab qaydalarına əməl etmədiyi üçün əxlaq polisi tərəfindən döyülərək öldürüldüyü iddia edilən Məhsa Əmini hadisəsi bu ölkədə bir neçə gündür etiraz aksiyalarına səbəb olub. İran hökuməti və rəsmiləri isə 22 yaşlı qızının dünyasını dəyişməsi ilə bağlı səsləndirilən iddiaları təkzib edir. Tehran Mərkəzi Polisi də mərhum Məhsa Əmininin ölümü ilə bağlı yayılan iddiaları təkzib edib və onun beyin ölümü keçirdiyini və bir gün sonra paytaxtda yerləşən Kəsra xəstəxanasında dünyasını dəyişdiyini bəyan edib.

ŞƏRH YAZ
10