Banka basqın edərək insanları girov götürən şəxsin son vəziyyətinin görüntüləri yayıldı - VİDEO
22.09.2022 23:22
383
Kriminal
A
Banka basqın edərək insanları girov götürən şəxsin son vəziyyətinin görüntüləri yayıldı - VİDEO

20 sentyabr tarixində Kutaisidə "Bank of Georgia"nın Kutaisi filialına basqın edən Qriqol Narsiyanın üzündə döyülməsinin izlərinin olduğu görüntülər yayılıb.

Aktual.ge "Tvpirveli"yə istinadən xəbər verir ki, görüntülərdə onun üz nahiyəsinin zədəli olduğu və demək olar ki, üzünün hər tərəfində əzilmələr olduğu aydın görünür.

Vəkillərin bildirdiyinə görə, Qriqol Narsiya polisə müqavimət göstərməsə də, saxlanılarkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən vəhşicəsinə döyülüb. Hüquq müdafiəçiləri faktın araşdırılmasını tələb edirlər.

Belə ki, təqsirləndirilən Qriqol Narsiya dünən şiddətlə döyüldüyünü iddia edərək polisi zorakılıqda ittiham edib.

Xatırladaq ki, 20 sentyabr saat 11:00 radələrində Qriqol Narsiya üzərində partlayıcı qurğularla banka daxil olub. Hücum edən şəxs 12 girov götürüb və Rusiya bayrağı, helikopter və 2 milyon dollar tələb edib. Axşam saatlarında isə o, hüquq-mühafizəçiləri tərəfindən saxlanılıb.

ŞƏRH YAZ
3