Gürcüstanla sərhəddə kilometrlərlə növbə - Rusların axını bitmir
23.09.2022 00:39
252
Siyasət
A
Gürcüstanla sərhəddə kilometrlərlə növbə - Rusların axını bitmir

Gürcüstanla sərhəddə Rusiya vətəndaşlarının altı kilometrlik növbəsi yaranıb.

Aktual.ge xəbər verir ki, 21 sentyabr Rusiyada səfərbərlik elan edilməsindən sonra ölkədən quru yolu ilə qaçmağa çalışanlar Gürcüstanı seçir.

Rusiyanın Gürcüstan ilə sərhəddə yerləşən "Lars" sərhəd keçid məntəqəsində rus vətəndaşların bəziləri növbə və tixac məcburiyyətindən maşınlarında gecələməli olurlar. Bununla belə sərhəd nəzarəti gücləndirilib, bir vətəndaşın sənədlərini yoxlamaq üçün ən azı üç saat tələb olunur, müvafiq rəqəm bundan əvvəl 7 saat idi.

Son 24 saat ərzində "Lars" keçid məntəqəsi axının artması səbəbindən iflic vəziyyətinə düşüb. 

Rusiya vətəndaşlarının sözlərinə görə, sərhəddə onlardan standart suallara yeni sual əlavə edilib:

Komissarlıqdan çağırış almısınızmı? Bu sənədi alanlar geri qaytarılır və Gürcüstan ərazisinə keçməyə icazə verilmir. Digər bir tərəfdən isə avtomobillərin 6 kilometrlik növbəsi səbəbindən Rusiya vətəndaşları sərhədi piyada keçməyə çalışırlar.

Tbilisi və Batumi, Rusiya vətəndaşlarının qalmaq niyyətində olduqları iki şəhərdir, bəziləri Türkiyəyə köçməyə hazırlaşır. Rusiya vətəndaşlarına xidmət göstərən vasitəçilər artıq icarəyə verilən mənzillərin qiymətini azı yüz dollar artırıblar. 

ŞƏRH YAZ
5