Müxalif lider Rusiya ilə sərhədlərin bağlanılmasını tələb edir
26.09.2022 14:29
393
Siyasət
A
Müxalif lider Rusiya ilə sərhədlərin bağlanılmasını tələb edir

Müxalif "Strateqiya Ağmaşenebeli" partiyasının lideri Giorgi Vaşadze Rusiya vətəndaşları üçün Gürcüstan sərhədinin bağlanmasını tələb edir. 

Aktual.ge xəbər verir ki, o, yalnız Rusiyadan ölkəyə qayıtmaq istəyən Gürcüstan vətəndaşları üçün sərhədin açıq qalması tələbinidə irəli sürüb.

“Son günlər hər gün on minlərlə Rusiya vətəndaşı Gürcüstana daxil olur və Larsdakı keçid məntəqəsində böyük növbə yaranıb. Ona görə də partiyamız Rusiya vətəndaşları üçün sərhədin dərhal müvəqqəti bağlanmasını tələb edir”, - müxalif lider qeyd edib.

 

ŞƏRH YAZ
1