Finlandiya sabah gecə saat 00:00-dan etibarən Rusiyadan turistlər üçün sərhədləri bağlayır.
Aktual.ge xəbər verir ki, məlumatı Finlandiya mediası məlumat yayıb.
Qeyd edək ki, Rusiya vətəndaşlarının istənilən Şengen vizası ilə Finalnadiyaya turizm məqsədilə daxil olmasına qadağa qoyulacaq. Polşa, Litva, Latviya və Estoniya hökumətləri oxşar qərarı bir müddət əvvəl qəbul ediblər.
Xatırladaq ki, bir müddət əvvəl Finlandiya Prezidenti Sauli Niinistö bu addımı “prinsipial qərar” adlandırmışdı. Ölkənin xarici işlər naziri Pekka Haavisto Rusiya vətəndaşlarının Finlandiyaya yalnız işləmək, təhsil almaq və qohumlarını ziyarət etmək məqsədilə buraxılacağını bildirmişdi.
Yeri gəlmişkən bunu da məlumat üçün bildirək ki, 21 sentyabr Rusiya Prezidenti Vladimir Putin ölkədə qifmi səfərbərlik elan etməsinin ardından ruslar Gürcüstanla yanaşı Finlandiyaya da axın etməyə başlayıb.