Kateqoriyalar
"Ermənistan silahlı qüvvələri Azərbaycan qüvvələri ilə qarşı-qarşıya qalaraq onları məğlub etməyə hazırlaşır".
Aktual.ge "Armenpress"e istinadən xəbər ki, bunu Ermənistanın Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini general-mayor Arakel Martikyan Vardenisdə xarici diplomatlara hücum qorxusunun olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib.
“Hücum qorxusu yoxdur, lakin hər zaman ehtiyatlılıq var və biz həmişə hazırıq və gözləyirik. Çünki hər birimiz, yəni hərbçiləri nəzərdə tuturam ki, problemin həll olunmadığını açıq-aydın dərk edirik",- o qeyd edib.
“Gözləyirik, Azərbaycanla qarşılaşmağa və onu məğlub etməyə hazırlaşırıq”, - deyə Baş Qərargah rəisinin müavini söyləyib.