İranda etiraz aksiyalarında ölənlərin sayı 83-ə yüksəlib
30.09.2022 11:22
356
Dünya
A
İranda etiraz aksiyalarında ölənlərin sayı 83-ə yüksəlib

İranda etirazlar davam edir. Yerli hüquq müdafiə orqanlarının son məlumatlarına görə, aksiyalarda həlak olanların sayı 83-ə çatıb.

Aktual.ge xəbər verir ki, bu barədə "Reuters" xəbər agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, keçirilən aksiyalarda yüzlərlə insan saxlanılıb. Bildirilib ki, onlardan 28-i jurnalistdir. 

Qeyd olunu ki, hökumətin nümayişləri müdaxilə etməsinə baxmayaraq, bir çox şəhərlərdə qadınların başlatdığı nümayişlər davam edir.

BMT-nin İnsan Haqları İdarəsi İran hakimiyyətini dinc etiraz hüququna hörmət etməyə çağırıb.

İranda nə baş verir?

Xatırladaq ki, sentyabrın 16-da Tehranda Məsiha Əmini adlı 22 yaşlı qızın baş örtüyünü düzgün örtmədiyinə görə əxlaq polisi tərəfindən öldürüldüyü iddia edilib. Buna görə İranın bir çox şəhərlərində etiraz aksiyaları keçirilib. İran rəsmiləri və Tehran Mərkəzi Polisi iddiaları təkzib edib və sözügedən qadının beyin ölümü keçirdiyini bəyan edib. Davam edən aksiyalar bir neçə gün sonra öz məcrasından çıxıb. Etirazçılar müqəddəs Qurani-Kərimi cırıb, Məscidə hücum edib, ölkə bayrağını yandırıb, dövlət binalarına ziyan vurub. Son məlumatlara görə, İranda bir çox sosial şəbəkələrə - "İnstaqram", "WhatsApp", "Skype" və s giriş bloklanıb. 25 sentyabr tarixində İranın Daxili işlər naziri Əhməd Vahidi bildirib ki, İranda sabitliyi pozmaq məqsədi daşıyan şəxslər məsuliyyətə cəlb ediləcək. Hökumətə qarşı aksiyalarla yanaşı eyni zamanda 26 iyun tarixində dövlətə dəstək mitinqidə keçirilib. 

ŞƏRH YAZ
6