Medvedev açıq şəkildə bəyan etdi: Zelenskinin bu addımı 3-cü dünya müharibəsini sürətləndirəcək
01.10.2022 03:25
507
Dünya
A
Medvedev açıq şəkildə bəyan etdi: Zelenskinin bu addımı 3-cü dünya müharibəsini sürətləndirəcək

"Ukrayna döyüşləri dayandırmasa, ukraynalıların əhəmiyyətli hissəsi məhv olacaq".

Aktual.ge məlumat verir ki, bunları Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev şəxsi “Telegram” kanalında qeyd edib.

O açıq şəkildə deyib ki, Ukraynanın NATO-ya üzv olmaq üçün müraciət etməsi üçüncü dünya müharibəsinin başlamasını sürətləndirəcək.

“Zelenski mümkün qədər tez NATO-ya daxil olmalıdır. Əla fikirdir. Bu, sadəcə olaraq Şimali Atlantika Alyansını Üçüncü Dünya Müharibəsinin başlamasını sürətləndirmək üçün hədələyir”, - Dmitri Medvedev qeyd edib.

ŞƏRH YAZ
9