"2012-ci il oktyabrın 1-i müasir Gürcüstan tarixində ən mühüm tarixdir - 'Gürcü Arzusu' Gürcüstan vətəndaşları ilə birlikdə demokratik seçkilər nəticəsində ilk dəfə olaraq hökuməti dinc yolla dəyişib".
Aktual.ge xəbər verir ki, bu sözlərlə Baş nazir İrakli Qaribaşvili 1 oktyabr 2012-ci il "Gürcü Arzusu"nun hakimiyyətə gəlişini xatırladıb.
Onun sözlərinə görə, “Gürcü Arzusu” əvvəllər qeyri-mümkün görünən işləri həyata keçirib.
“Bu prosesdə cənab Bidzina İvanişvilinin şəxsi rolu həlledici olub. Tam ümidsizlik, dərin siyasi, iqtisadi və sosial böhranlar şəraitində insanların enerjisini səfərbər edə, düzgün istiqamət verə bildi. Nəticədə biz əvvəllər qeyri-mümkün görünən işləri etdik - biz dinc yolla anti-dövlət rejimini əvəz etdik və Gürcüstanın uğurlu inkişafının əsasını qoyduq. Bundan sonra biz ölkədə nəinki siyasi sabitliyi qoruyub möhkəmləndirdik, eyni zamanda genişmiqyaslı iqtisadi və sosial islahatlar apardıq, demokratik prosesləri dərinləşdirdik, təhlükəsizliyi və müdafiə qabiliyyətini gücləndirdik, xalqımızın tarixi seçimi, siyasi sabitliyə Avropa Birliyinə qoşulmaq istiqamətində mühüm addımlar atdıq.
Bütün bunlar, təbii ki, cəmiyyətin böyük dəstəyi və iştirakı olmadan mümkün olmazdı. Bu gün mən bir daha 'Gürcü Arzusu'nun təsisçisi cənab Bidzina İvanişviliyə, partiyamızın üzvlərinə, tərəfdarlarına, bütün cəmiyyətə təşəkkür edirəm. Hesab edirəm ki, Gürcüstanın gələcək tərəqqisi bundan sonra da on il əvvəl əsasını qoyduğumuz hökumət və xalqın birliyinə əsaslanmalıdır”, - İrakli Qaribaşvili qeyd edib.