İlham Əliyev: “Azərbaycan bu gün Avropanın etibarlı qaz təchizatçısına çevrilib”
01.10.2022 14:50
296
Dünya
A
İlham Əliyev: “Azərbaycan bu gün Avropanın etibarlı qaz təchizatçısına çevrilib”

“Azərbaycan qazı artıq iki ildir ki, Avropaya ixrac olunur, indi isə Bolqarıstana ixrac ediləcək”.

Aktual.ge xəbər verir ki, bunu Azərbaycanın Prezidenti İlham Əliyev Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində çıxış edərkən deyib.

“Azərbaycan bu gün Avropanın etibarlı qaz təchizatçısına çevrilib, tezliklə elektrik təchizatçısına da çevriləcək. Ötən il bizim Avropaya qaz ixracımız 19 milyard kubmetr olub. Bu il isə 22 milyard kubmetr qaz ixrac etmək niyyətindəyik”, - deyə Azərbaycan lideri qeyd edib.

İlham Əliyevə deyib:

"Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində imzalanmış Memoranduma əsasən biz Avropaya qaz ixracını iki dəfə artırmağı planlaşdırırıq. Biz TANAP kəməri ilə nəql olunan qaz ixracının 16 milyard kubmetrdən 32 milyard kubmetrə, eləcə də TAP kəməri ilə isə 10 milyard kubmetrdən 12 milyard kubmetrə qədər genişləndirilməsi ilə bağlı tərəfdaşlarımızla məsləhətləşmələrə artıq başlamışıq. Çünki bunu etmədən əlavə qazın ixracı çətin olacaq”.

ŞƏRH YAZ
2