Ərdoğan ilə Paşinyan bir araya gələ bilər
01.10.2022 20:49
275
Dünya
A
Ərdoğan ilə Paşinyan bir araya gələ bilər

“Can Azərbaycanın Vətən müharibəsində qələbəsindən sonra regionda sülhün bərqərar olacağına ümid yarandı”.

Aktual.ge xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı deyib.

O qeyd edib ki, yaranmış yeni vəziyyətin regionda davamlı sülhə şərait yaratması üçün Türkiyə üzərinə düşəni edir:

“Biz Ermənistanla münasibətlərimizi yeni səviyyəyə qaldırmaq iradəmizi nümayiş etdirmişik. Ermənistan ona verilən sülh fürsətini yaxşı dəyərləndirməlidir. Ola bilsin ki, Praqa sammitində Paşinyanla görüş olsun”.

ŞƏRH YAZ
0