Ramal Əhmədov şagirdləri alçaldan müəllimin hər iki vəzifəsini tərk etməsini tələb edir
02.10.2022 17:52
695
Siyasət
A
Ramal Əhmədov şagirdləri alçaldan müəllimin hər iki vəzifəsini tərk etməsini tələb edir

"Rəhman Musayev və 20 ildir Qırxlı məktəbini ailə biznesine çevirən əmisi Mehman Musayev dərhal istefa verməlidirlər".

Bunu Aktual.ge xəbər portalına müsahibəsində müxalif "Vahid Milli Hərəkat"ın Marneuli Bələdiyyə Məclisinin deputatı Ramal Əhmədov deyib.

O tələb edib ki, Rəhman Musayev məktəblə yanaşı eyni zamanda Marneuli "Sakrebulosu"nun da deputatıdır və buradaki mandatından da istefa verməlidir.

"İnsanımız bu çətin dövrdə güclə övlad yetişdirir və onun təhsil alması və bilik əldə etməsi üçün məktəbə göndərir. Valideyin övladını məktəbə diz üstə çökdürülməsi üçün göndərmir, elm alması üçün göndərir. Yazıq deyil mi, o balaca fidanlara ki, onları 'Gürcü Arzusu'nun həm məktəbdəki müəllimi və həmdə bələdiyyə deputatı təhqir edə və alçalda. Buna görə dərhal Rəhman Musayev və əmisi Mehman Musayev istefa verməlidirlər. Rəhman üstəlikdə Marneuli Bələdiyyə Məclisindəki deputatlığını da tərk etməlidir",-deyə Ramal Əhmədov qeyd edib.

Müxalifətçi Marneuli Bələdiyyə Məclisinin növbədənkənar iclasının keçirilməsini və Rəhman Musayev istefasına qərar verilməsini də tələb edir.

ŞƏRH YAZ
7