Nazirliklərin maliyyələşdirilməsi artır - 2023-cü il dövlət büdcəsi layihəsi
02.10.2022 19:09
301
İqtisadiyyat
A
Nazirliklərin maliyyələşdirilməsi artır - 2023-cü il dövlət büdcəsi layihəsi

2023-cü ilin dövlət büdcəsi layihəsinə əsasən, Nazirliklərin maliyyələşdirilməsinin artırılması nəzərdə tutulur. 

Aktual.ge xəbər verir ki, bu barədə İctimai Yayımçı məlumat yayıb.

Belə ki, ölkənin əsas maliyyə sənədi artıq parlamentdədir və sabah büroya təqdim olunacaq.

Büdcə layihəsinə əsasən, işğal olunmuş ərazilərdən Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyinə ayırmalar 6 milyard 798,7 milyon lari məbləğində müəyyən edilib ki, bu da 2022-ci il üçün təsdiq edilmiş planla müqayisədə 771,1 milyon lari artım deməkdir.

Təhsil və Elm Nazirliyinin maliyyələşdirilməsi bir milyard 978,6 milyon lari müəyyən edilib ki, bu da 2022-ci il üçün təsdiq edilmiş müvafiq büdcədən 293,7 milyon lari artımdır. 

Mədəniyyət, İdman və Gənclər Nazirliyinin maliyyələşdirilməsi 401,2 milyon lari, 2022-ci ildə isə 357 802,8 lari müəyyən edilib.

Regional İnkişaf və İnfrastruktur Nazirliyinin maliyyələşdirilməsi 2 milyard 975,9 milyon lari, o cümlədən büdcə vəsaitləri 1 milyard 543,3 milyon lari, qrantlar 13,9 milyon lari, kreditlər üzrə isə 1 milyard 418,8 milyon lari müəyyən edilib.

Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin maliyyələşdirilməsi də artır və 688,5 milyon lari təşkil edir. Cari ildə agentliyin maliyyələşdirilməsi 593 071,4 milyon lari təşkil edib.

İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin maliyyəsi azalır. Sənəddə qeyd olunur ki, agentliyin gələn il maliyyələşdirilməsi üçün 653,7 milyon lari nəzərdə tutulub ki, bu da cari ildə 932 404,9 milyon lari olub. 

Maliyyə Nazirliyinin maliyyələşdirilməsi bir qədər artır və 106 milyon lari təşkil edirsə, bu il 105 404,8 lari təşkil edir.

Ədliyyə Nazirliyinin maliyyələşdirilməsi artır. Nazirlik üçün 369,4 milyon lari nəzərdə tutulubsa, bu il 310 568,4 milyon lari təmin edilib.

Xarici İşlər Nazirliyinin maliyyələşməsi artır və 183 milyon lari artım nəzərdə tutulur, bu il isə XİN büdcəsi 176 603,6 milyon lari təşkil edib.

Büdcə layihəsinə əsasən, Müdafiə Nazirliyi üçün bir milyard 260 milyon lari nəzərdə tutulub ki, bu da 2022-ci ilin təsdiq edilmiş planını 257,6 milyon lari üstələyir.

Daxili İşlər Nazirliyinə bir milyard 70 milyon lari nəzərdə tutulub ki, bu da 2022-ci ilin təsdiq edilmiş büdcəsini 205 milyon lari üstələyir. Hökumətin fikrincə, DİN-ə ayrılan vəsaitin artırılması əsasən polislərin maaşlarının 20% artırılması ilə əlaqədardır.

ŞƏRH YAZ
3