SON DƏQİQƏ! Şagirdlərini dizi üstə çökdürüb alçaldan müəllim istefa verdi
02.10.2022 19:23
2552
Siyasət
A
SON DƏQİQƏ! Şagirdlərini dizi üstə çökdürüb alçaldan müəllim istefa verdi

Marneuli Bələdiyyəsinin Qırxlı məktəbinin direktoru Mehman Musayev bildirib ki, qardaşıoğlu oğlu Rəhman Musayev istefa verib.

Məktəb direktoru bu barədə Aktual.ge xəbər portalına açıqlamasında bildirib.

Rəhman Musayevini istefasını qəbul edildiyini deyən məktəb direktoru deyib: "Rəhman müəllim bu gün gəldi istefa ərizəsini təqdim etdi. O, bir neçə müddət əvvəl əməliyyat olunmuşdu, indi də gəldi istefa ərizəsini verdi və səhhətində problemlər olduğuna görə artıq məktəbdə işləmək istəmədiyini söylədi".

"Rəhman Musayevin şagirdləri cəzalandırmasına gəlincə mən şəxsən bu məsələni araşdırıram, hətta bu gün valideynlərlə də əlaqə saxladım. Onlar övladlarının evdə bu barədə heçnə danışmadığını bildiriblər",- deyə Mehman Hüseynov qeyd edib.

Nə baş verib?

Marneuli rayonunun kəndlərindən birində gürcü dili müəllimi Rəhman Musayev məktəbdə dərs keçdiyi şagirdləri cəzalandırmaq üçün alçaldıcı metod seçib. Belə ki, o, şagirdləri lövhənin qarşısında dizi üstə çökdürərək dərs keçib. Bunu da məlumat üçün bildirək ki, Rəhman Musayev eyni zamanda "Gürcü Arzusu"nun Marneuli Bələdiyyə Məclisindəki deputatıdır.

ŞƏRH YAZ
15