Dünyada neft yenə bahalaşacaq
03.10.2022 01:42
429
Dünya
A
Dünyada neft yenə bahalaşacaq

OPEC+ neft hasilatını əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırır.

Aktual.ge xəbər verir ki, bu addım qiymətlərin indiki səviyyədə saxlanılması ilə bağlı atıla bilər.

Qeyd edək ki, bir müddət əvvəl qurumun katibliyi OPEC+ nazirlərinin görüşünün oktyabrın 5-də Vyanada keçiriləcəyini açıqlayıb. Tədbir 2,5 ildə ilk dəfə olaraq, üzbəüz formatda keçiriləcək. Avstriya paytaxtında qurumun monitorinq komitəsinin hesabatı da dinləniləcək.

Təşkilat neft bazarını dəstəkləmək üçün noyabrda neft hasilatının ciddi şəkildə - sutkada 0,5-1 milyon barel azaldılması imkanlarını müzakirə edəcək.

ŞƏRH YAZ
7