Patriarx II İlya Azərbaycan-Ermənistan gərginliyi barədə bəyanat -
28.09.2020 01:17
314
Din
A
Patriarx II İlya Azərbaycan-Ermənistan gərginliyi barədə bəyanat - "Gürcüstanda bir çox azərbaycanlı və erməni yaşayır..."
"Ermənistan və Azərbaycan arasındakı son qarşıdurmaları çox narahatlıqla qarşıladıq". Aktual.ge-nin verdiyi xəbərə görə, bu barədə Gürcüstan patriarxı II İlyanın yaydığı bəyanatda bildirilib. O, baş verənlərin Gürcüstan üçün xüsusilə ağrılı olduğunu qeyd edib: "Çünki Gürcüstan hər iki ölkənin qonşusu və dostudur. Gürcüstanda bir çox azərbaycanlı və erməni yaşayır". II İlya ümidvar olduğunu bildirib ki, hər iki ölkənin hakimiyyəti və beynəlxalq ictimaiyyət vəziyyətin daha da kəskinləşməsinə imkan verməyəcəklər: "Vəziyyətin daha da gərginləşməsi Qafqaz üçün problem olmaqla yanaşı, bütün dünya üçün də böyük çağırış olacaq. Biz Azərbaycan, Ermənistan və bütün Qafqazda sülhün olması üçün Allaha dua edirik".
ŞƏRH YAZ
1