Din xadimi
19.11.2022 15:16
2236
Siyasət
A
Din xadimi "XəzərTv"nin süjetine cavab verir və Azərbaycan Səfirliyinə müraciət edir

"Məlum sujetin sağlam, müstəqil ve obyektiv bir media qaydalarından uzaq, sifariş və qərəzli bir sujet olduğunun qənaətindəyəm".

Aktual.ge məlumat verir ki, bunu İlahiyyatçı Hacı Qurban Murquzov deyib.

O, "XəzərTv"nin hazırladığı xüsusi buraxlışı Gürcüstan müsəlman rühanilərinə qarşı şəxsiyyət terroru adlandırıb.

"Müvafiq sujetdə olunan iddia və böhtanlar konkret olaraq absurd və qərəzli fikirlərdən başqa bir şeylər deyildir. Bir sözlə Gürcüstan müsəlman ruhanilərinə qarşı şəxsiyyət terroru olaraq qiymətləndirirəm. İllərlə həmin müqəddəs Qum şəhərində təhsil alıb vətəni Gürcüstana qayıdan ruhanilərimiz, uzun illərdir Gürcüstan müsəlmanlarına sağlam və ənənəvi İslam dini ayinlərin icrası və təlimlərində böyük və danılmaz zəhmətləri vardır. 

Elə həmin ruhanilər, Azərbaycanın son haqlı 44 günlük savaş və qələbəsində Azərbaycanın millət və ordusuna fərqli şəkillərdə öz dəstəklərini göstərdi və hətta müəyyən şəhər və kəndlərdə ya dəstək aksiyaları təşkil etdilər və ya təşkil olunan aksiyalarda ön sıralarda öz dəstəklərini nümayiş etdirdilər. Bu gün belə bir şəxslərin hər hansı bir səbəbdən böhtan və iftiralar ilə insanların gözündə etibardan salmaq, nə Allaha və nə də Allah bəndələrinə xoş gələr. Ümid edirəm Azərbaycan Respublikasında aidiyyatı qurumlar məlum sujet haqqında bir ölçü götürəcək və verlişin hazırlanmasında "məkrli barmaqların" həddlərini bildirəcəkdir",- deyə Hacı Qurban söyləyib.

Din xadimi Azərbaycanın Gürcüstandakı Səfirliyinə də müraicət edib ki, müvafiq xüsusi buraxılışla bağlı Azərbaycanın aidiyyatı orqanlarına məlumat versinlər.

"Fürsətdən istifadə edib, özəl olaraq qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyi "müşahidələrinə əsasən" gərək bu iddiaların yalan və böhtanlardan başqa bir şey olmadığını, həm Azərbaycanın aidiyyatı qurumlarına və həm də ictimaiyyətin diqqətinə çatdırsınlar", - deyə İlahiyyatçı müraciət edib.

Məlumat üçün bildirək ki, Azərbaycanın "Xəzər" telekanalı Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı bölgələrlə yanaşı paytaxt Tbilisidə qalmaqallı xüsusi buraxılış hazırlayıb. Süjetdə Gürcüstandakı müsəlman rühanilə İran İslam Respublikasının təsiri olduğu iddia edilib.

ŞƏRH YAZ
8