“Qızılgül inqilabı”ndan 19 il ötür - FOTO
23.11.2022 00:27
226
Siyasət
A
“Qızılgül inqilabı”ndan 19 il ötür - FOTO

Bu gün Gürcüstanda “Qızılgül inqilabı”nın 19-cu ildönümü tamam olur.

Aktual.ge xatırlardır ki, Gürcüstanda hakimiyyət çevrilişi 2003-cü ilin noyabrın 23-də ölkənin üçüncü prezidenti Mixeil Saakaşavilinin liderliyi altında baş verib.

Tarixə “Qızılgül inqilabı” kimi daxil olan hadisədən sonra Gürcüstanda hakimiyyətə "Vahid Milli Hərəkat" partiyası gəlib və 2012-ci ilədək ölkəyə rəhbərlik edib.

Dövrün siyasi şəraiti

Eduard Şevardnadze, 1992-ci ildən bəri (1995 etibarən dövlət başçısı olaraq) Gürcüstanı idarə edirdi. Onun dövründə hökumətlər və dövlət başçısının ailəsi, rüşvətlə anılmağa başladı. Digər tərəfdən ölkə iqtisadiyyatı heç bir inkişaf göstərə bilmədi və Gürcüstan, Avropa standartlarına görə kasıb bir ölkə halına gəldi. Rusiyanın dəstəklədiyi iki separatçı bölgə olan Abxaziya və Cənubi Osetiya, Tbilisi rəhbərliyinin nəzarəti xaricində qaldı. Yarı separatçı Aslan Abaşidze rəhbərliyi altındakı Acarıstanda həqiqətən mərkəzi rəhbərliyin nəzarəti xaricində idi. Bu siyasi və iqtisadi böhran içində 2 Noyabr 2003 tarixində parlament seçkiləri keçirildi. Eduard Şevardnadzenin siyasi ittifaqı "Yeni Gürcüstan Üçün" və Aslan Abaşidzenin "Gürcüstan Demokratik Oyanış Birliyi" qarşısında, Mixail Saakaşvilinin "Vahid Milli Hərəkat"ı, parlament spikeri Nino Burcanadze ilə köhnə parlament başçısı Zurab Jvanianın "Burcanadze-Demokratla " partiyası seçkilərə girdi.

Seçkilər və etirazlar

2 Noyabr 2003 tarixində keçirilən parlament seçkiləri, milli və beynəlxalq müşahidəçilər tərəfindən izlənildi. Mixail Saakaşvili seçkilərə hiylə qarışdırıldığını irəli sürdü və bu vəziyyəti beynəlxalq müstəqil təşkilatlar da dəstəklədi. Ardından Tbilisidə rəhbərliyə qarşı sülhsevər nümayişlər təşkil başladı. Bu nümayişlərə demokratik müxalifət güclərin haradasa hamısı qatıldı.

Noyabr ortalarında, Tbilisi küçələrindəki demokratik nümayişlərə, Gürcüstanın başlıca şəhər və qəsəbələrində Kmara ("Yetər") adlı gənclik hərəkatının təşkil etdiyi nümayişlər əlavə edildi. Bu nümayişlərə QHT-lərdə aktiv olaraq qatıldılar. Yarı separatçı Aslan Abaşidze, Şevardnadze rəhbərliyinə dəstək verdi və Acarıstandan Tbilisiyə nümayişçilər göndərdi.

İqtidar dəyişikliyi

22 Noyabrda nümayişlər kuliminasiya nöqtəsinə çatdı və yeni parlamentin açılışı zamanı, Şevardnadzenin danışma etdiyi sırada, Mixail Saakaşvili rəhbərlik etdiyi nümayişçilər əllərində qırmızı güllərlə (hərəkat adını buradan almışdır) parlament binasına girdilər. Şevardnadze, danışmasını yarıda kəsərək qorumaları yoldaşlığında parlament binasını tərk etmək məcburiyyətində qaldı. Seçkin hərbi birliklərin nümayişlərə müdaxilə etməyi rədd etdikden sonra Şevardnadze, 23 Noyabrda, müxalifətin liderləri Saakaşvili və Zurab Jvania ilə görüşərək vəziyyət qiymətləndirməsi etdi. Bu görüşməyə, bu vaxt Tbilisiyə gedən Rusiya xarici işlər naziri İqor İvanov vasitəçilik etdi. Bu görüşün ardından Şveardnadze, dövlət başçılığı vəzifəsindən ayrıldığını bildirib. Tbilisi küçələrində 100.000-dən çox göstərici, havaya fişənglər ataraq, konsertlər və rəqslərlə zəfəri qeyd etdilər.

Yeni seçkilərə qədər parlament başçısı Nino Burcanadze, konstitusiya gərəyi dövlət başçılığı vəzifəsini icra etdi. 4 Yanvar 2004 tarixində dövlət başçılığı seçkilər keçirildi və Saakaşvili, səslərin əzici əksəriyyətini alaraq dövlət başçısı seçildi və 25 Yanvarda vəzifəsinə başladı. 28 Mart tarixində keçirilən parlament seçkilərini də əzici əksəriyyətlə Milli Hərəkət-Demokratlar qazandı.

ŞƏRH YAZ
1