Prezidentdən Mixail Saakaşvili barədə mühüm açıqlama
24.11.2022 15:15
812
Siyasət
A
Prezidentdən Mixail Saakaşvili barədə mühüm açıqlama

Gürcüstan Prezidenti Salome Zurabişvili sabiq Dövlət başçısı Mixail Saakaşvilinin səhhətindən danışıb və bildirib ki, onun səhhəti ölkənin reputasiyası və ləyaqəti üçün çox vacib məsələdir.

Aktual.ge xəbər verir ki, o, jurnalistlərə açıqlamasında belə deyib. 

Onun sözlərinə görə, Mixail Saakaşvilinin səhhəti ilə bağlı müvafiq ekspertiza rəyi olarsa, məhkəmə layiqli qərar verməlidir.

“Keçmiş prezidentin səhhətinə gəlincə, mən dəfələrlə demişəm ki, bu, hər gün diqqət yetirdiyim çox vacib məsələdir, çünki hesab edirəm ki, bu, ölkənin reputasiyası və ləyaqətimiz üçün çox vacib məsələdir. Beləliklə, mənim administrasiyamdan onlar müntəzəm olaraq müşavirə, bəzən “Empatiya”, bəzən də başqa müşavirələrlə görüşürlər. Hətta bu gün belə bir görüş təyin olunub. Mən hesab edirəm ki, ən doğru yoldur və mən bunu bir neçə dəfə həm xaricdə, həm də qapalı iclaslarda demişəm, əgər sağlamlıq o səviyyədə zədələnibsə məhkəməyə təqdim olunmalı və məhkəmə layiqli qərar verməlidir. Mən istərdim ki, bunu tələb edən bir nəticə varsa, məhkəmə bunu təsdiq etsin. Bu, yəqin ki, vəkillərin borcudur ki, həmin sənədləri məhkəməyə təqdim etsin”, - Salome Zurabişvili qeyd edib.

Xatırladırıq ki, Prezident  Administrasiyasına 2 məktub təqdim olunub. Məktublardan birini Mixail Saakaşvilinin vəkillərindən biri Şalva Xaçapuridze, digərini isə həkimlər qrupu göndərib. Onlar məktublarında Salome Zurabişvilini üçüncü prezidentin tibbi nəticələri ilə tanış etməyə və Mixail Saakaşvilinin xaricdəki çoxixtisaslı klinikaya köçürülməsinin zəruriliyi ilə bağlı arqumentləri təqdim etməyə hazırdırlar. 

 

ŞƏRH YAZ
4