Yaşlı qadın it dişləməsi nəticəsində yaranan ağırlaşmalardan ölüb
24.11.2022 16:05
433
Hadisə
A
Yaşlı qadın it dişləməsi nəticəsində yaranan ağırlaşmalardan ölüb

Kutaisidə 65 yaşlı qadın it dişləməsindən sonra yaranan fəsadlar səbəbindən klinikada dünyasını dəyişib.

Aktual.ge yerli mətbuata istinadən xəbər verir ki, quduzluq əleyhinə peyvəndin natamam kursu ehtimal ki, infeksiyanın yayılmasına səbəb olub.

Sözügedən şəxsi 31 oktyabr tarixində, Samtrediada sahibsiz it dişləyib. Müalicə edən həkimin sözlərinə görə, xəstədə quduzluğa xas simptomlar olub, ancaq ürək tutmasından dünyasını dəyişib. Təhlilərdə quduzluq aşkar edilməyib.

Klinika güman edir ki, aparılan peyvənd səbəbindən analizdə quduzluq aşkarlanmamış ola bilər.

Məlumata görə, ailə ekspertizadan imtina edib.

ŞƏRH YAZ
8