Daha bir faciə: Marneuli magistralında gənc qızı avtomobil vurub öldürüb - FOTO
24.11.2022 16:54
3772
Siyasət
A
Daha bir faciə: Marneuli magistralında gənc qızı avtomobil vurub öldürüb - FOTO

Yüksək sürət daha bir gəncin ölümünə səbəb olub. Tbilisi-Marneuli magistralının Teleti hissəsində yolu keçməyə çalışan gənc piyada qızı avtomobil vurub öldürüb.

Aktual.ge-nin verdiyi xəbərə görə, 23 yaşlı qız hadisə yerindəcə dünyasını dəyişib.

Mövcud məlumata görə, "Opel markalı" avtomobil sürətlə hərəkət edirmiş.

Hadisə təcili yardım və hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub. Bədbəxt hadisənin törədicisi olay yerində təslim olub.

Xatırladaq ki, oxşar hadisə ötən gün, 23 noyabr təxminən saat 13:20 radələrində Marneulinin Merab Kostava küçəsində avtomobil 2005 təvəllüdlü yol keçməyə çalışan piyada qızı vurub. 17 yaşlı qızı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

(Xəbər yenilənib)

ŞƏRH YAZ
17