Marneuli magistralındakı faciənin ilk TƏFƏRRÜATLARI - FOTO
24.11.2022 18:46
2647
Kriminal
A
Marneuli magistralındakı faciənin ilk TƏFƏRRÜATLARI - FOTO

Marneuli-Tbilisi magistralının Teleti hissəsində ölümlə nəticələnən bədbəxt hadisənin ilk təfərrüatları məlum olub.

Aktual.ge-nin verdiyi məlumata görə, günün ikinci yarısında əslən Teleti sakini 23 yaşlı qız piyada yolu keçərkən sürətlə hərəkət edən avtomobil ona çırpılıb. Nəticədə gənc qız hadisə yerindəcə həyata gözlərini yumub.

Hadisə yerindən əldə edilən qeyri-rəsmi məlumata görə, "Opel" markalı avtomobilin piyada qıza 130-150 sürətlə vurub. Hadisə şahidlərinin sözlərinə görə, avtomobil qıza çırpıldıqdan sonra sürəti saxlaya bilməyib və onun nəşini təqribən 300 metrəyə qədər sürüyüb.

Hadisəni törədən şəxs yerindəcə saxlanılıb. Onunla birlikdə avtomobildə olan şəxsə nəzarətə götürülüb.

Faktla bağlı araşdırma davam edir.

ŞƏRH YAZ
16