Sosial Ədalət Mərkəzi ATƏT-in beynəlxalq mükafatının qalibi olub - CANLI VİDEO
24.11.2022 19:07
172
Siyasət
A
Sosial Ədalət Mərkəzi ATƏT-in beynəlxalq mükafatının qalibi olub - CANLI VİDEO

Sosial Ədalət Mərkəzi ATƏT-in beynəlxalq mükafatının qalibi olub - CANLI VİDEO 

"Bu gün bizim üçün çox önəmli bir gündür! Sosial Ədalət Mərkəzi ölkədə qeyri dominant etnik qrupları dəstəkləmək yönündə ortaya qoyduğu səylərə görə ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarı ofisinin nüfuzlu qlobal mükafatı olan Max van der Stoel-in 2022-ci il qalibi olub". 

Aktual.ge xəbər verir ki, bu haqda Sosial Ədalət Mərkəzi məlumat verib.

Qeyd olunub ki, 2001-ci ildə təsis edilmiş bu mükafat, insan hüquqları sahəsində öz ölkələrində etnik/milli azlıqlar istiqamətində xüsusi işlərinə və nailiyyətlərinə görə təşkilatlara və şəxslərə verilən özəl mükafatlardan biridir.

"Sosial Ədalət Mərkəzi ölkədəki bütün sosial qrupların bərabərliyi üçün yorulmadan mübarizə aparır, məhz elə buna görə də münsiflər heyəti anonim səsvermə nəticəsində bu ilki mükafatı bu təşkilata layiq görüb", - ATƏT-in məlumatında deyilir.

"Mükafata görə ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarlığına öz dərin minnətdarlığımızı bildiririk və həmçinin, İsveçrə səfirliyinin Gürcüstandakı nümayəndəliyinə xüsusi təşəkkür edirik. Bizim bu mükafata namizədliyimizi məhz onlar irəli sürüb. Həmişə işimizin əsas başlanğıc nöqtəsi olan azadlıq inancı və bərabərlik uğrunda ortaya qoyduqları əməklərinə və inamlarına görə təşkilatımızın hər bir əməkdaşına təşəkkür edirik. Gürcüstanda həmrəy, inklüziv və ədalətli cəmiyyət qurmaq yolunda həyata keçirdiyimiz hər bir iş, qazandığımız nailiyyətlər və qələbələr, qeyri-dominant etnik və dini qrupların özlərinin yorulmaz əməklərinə əsaslanır. İnanırıq ki, sistem tərəfindən həyata keçirilən ayrı-seçkiliyə son qoymaq və transformativ dəyişikliklərə nail olmaq üçün qeyri dominant qrupların daxilində aktizm, icma işləri və öztəşkilatlanma təcrübələri ilə məşğul olan hər kəs, bizimlə birlikdə bu mükafatın qalibidir",- Sosial Ədalət Mərkəzindən bildirilib.

ŞƏRH YAZ
1