Xanımını benzin tökərək yandıran şəxs klinikada ölüb
26.11.2022 12:49
960
Hadisə
A
Xanımını benzin tökərək yandıran şəxs klinikada ölüb

Tercola bələdiyyəsində keçmiş həyat yoldaşının üzərinə yanacaq tökərək yandıran kişi xəstaxanada dünyasını dəyişib.

Aktual.ge xəbər verir ki, Leonide Zviadadze Kutaisidəki yanıq mərkəzində ötən gecə dünyasını dəyişdiyi məlum olub.

Bildirilib ki, onun bədəninin 70%-i yanıb və süni nəfəs aparatına qoşulmuş idi. Klinikadan bildirilib ki, xəstənin vəziyyəti ağır olub, onu xilas etmək mümkün olmayıb və o, ötən gecə dünyasını dəyişib.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl Tercola bələdiyyəsində mağazalardan birində, kişi özünü və keçmiş həyat yoldaşını benzinlə yandırıb. Qadın yerindəcə dünyasını dəyişib.

ŞƏRH YAZ
8