Ağır yol qəzası: 2 ölü, 1 yaralı
27.11.2022 11:18
1137
Hadisə
A
Ağır yol qəzası: 2 ölü, 1 yaralı

Batuminin Qonio qəsəbəsində minik avtomobil ağaca çırpılıb.

Aktual.ge yerli mətbuata istinadən xəbər verir ki, hadisə gecə saatlarında qeydə alınıb.

Məlumata görə, qəza nəticəsində iki nəfər yerindəcə dünyasını dəyişib. Təcili Tibbi Yardım xidmətinin həkimləri yol-nəqliyyat hadisəsi yerində iki nəfərin öldüyünü aşkar ediblər. Xəsarət alan bir nəfər Batumi Tibb Mərkəzinə yerləşdirilib.

ŞƏRH YAZ
8