Daha bir ağır qəza: 2 ölü
27.11.2022 14:20
1111
Hadisə
A
Daha bir ağır qəza: 2 ölü

Laqodexidə iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Aktual.ge xəbər verir ki, bədbəxt hadisə gecə saatlarında Vardisubani kəndi yaxınlığında qeydə alınıb.

Məlumatlara görə, 28 və 35 yaşlı şəxslər “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən sürücü sükanı idarə edə bilməyib, sürüşərək ağaca çırpılıb. Hər iki şəxs aldığı xəsarətlərdən yerindəcə keçinib.

Ölənlərin Dedoplistskaro bələdiyyəsinin Mirzani sakinləri olduğu öyrənilib.

 

ŞƏRH YAZ
8