2023-cü ilin gəlişi Marneuliyə təqribən yarım milyon lariyə başa gələcək
28.11.2022 12:27
805
Maraqlı
A
2023-cü ilin gəlişi Marneuliyə təqribən yarım milyon lariyə başa gələcək

Bu il Marneuli Bələdiyyəsinə 2023-cü ilin gəlişi təqribən yarım milyon lariyə başa gələcək.

Aktual.ge xəbər verir ki, Marneuli Meriyası artıq Yeni ilin gəlişi münasibətilə bir sıra hazırlıqlara başlayıb və bununla bağlı ümumi dəyəri 350 min 950 lari olan üç tender elan edib.

Belə ki, ayrı-ayrılıqda elan edilmiş üç tenderə əsasən, 199 min 900 lari dəyərində Marneuli rayonu müxtəlif işıqlarla və Yeni il abu-havası dizaynı ilə bəzədilməsi üçün ayrılacaq, 65 min 600 lariyə yeni şam ağaçı alınacaq, 85 min 150 lariyə isə əyləncə və kosnert proqramları keçiriləcək. Elan edilmiş tenderlərin qalibi 5 dekabr tarixində məlum olacaq və ehtimal ki, dekabrın ikinci həftəsindən bütün hazırlıqlara start veriləcək. 

Məlumat üçün bildirək ki, 2023-cü ilin gəlişi münasibətilə bələdiyyənin bəzədilməsi, əyləncə proqramları və yeni yolka ağacının alınması - 350 min 950 lari büdcə Marneuli Meriyasından ayrılacaq.

ŞƏRH YAZ
8