
Kateqoriyalar
Sürücülük vəsiqəsinin praktiki sınaq imtahanının ikinci mərhələsində səyahətə başlamazdan əvvəl avtomobilin texniki vəziyyətinin yoxlanılması məcburi olacaq.
Aktual.ge xəbər verir ki, müvafiq dəyişiklik daxili işlər nazirinin (N598) əmri ilə nəzərdə tutulub və 2023-cü il sentyabrın 1-dən həyata keçiriləcək.
Sənəddə bildirilir ki, qeyd olunan tələb sürücüliyə namizədin imtahan verənin tapşırığına uyğun olaraq nəqliyyat vasitəsinin texniki səmərəliliyi ilə bağlı suallara əyani göstərməklə, müvafiq alətdən istifadə etməklə və ya digər hərəkətlə və/və ya şifahi şəkildə cavab verməsini nəzərdə tutur.