Marneulidə yaşayış binasında yanğın baş verib - FOTO
01.12.2022 17:08
937
Hadisə
A
Marneulidə yaşayış binasında yanğın baş verib - FOTO

Marneulidə yaşayış binasında yanğın baş verib. Yanğın nəticəsində təbii qaz borusu zədələnib, daha sonra alov yaxınlıqdakı ağaclara keçib

Aktual.ge xəbər verir ki, yanğın Rustaveli küçəsində, yaşayış binasında baş verib .

Hadisə yerinə Fövqəladə Hallar İdarəsinin  yanğınsöndürmə briqadası cəlb olunub.

Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, hadisə ilə əlaqədar Rustaveli küçəsinin bir neçə ərazisində təbii qazın verilməsi müvəqqəti olaraq dayandırılıb.

ŞƏRH YAZ
10