Gürcüstandan bal ixracı artıb - Məhsulu ən çox hansı ölkərə satırıq?
04.12.2022 17:00
450
İqtisadiyyat
A
Gürcüstandan bal ixracı artıb - Məhsulu ən çox hansı ölkərə satırıq?

Gürcüstandan bal ixracı təxminən iki dəfə artıb. 

Aktual.ge BPN-ə istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Gürcüstandan 932,4 min ABŞ dolları dəyərində 208,1 ton bal satılıb. Müvafiq rəqəm ötən ilin eyni dövründə 492,9 ABŞ dolları, 136,3 ton bal satılıb.

Qeyd edək ki, məhsul əsasən Avropa İttifaqına üzvü olan ölkələrə satılıb.

Gürcüstanın ən çox bal satdığı 10 ölkənin siyahısı belədir:

  • Fransa - 76,2 ton 436,5 min ABŞ dolları
  • Rusiya - 255, 9 min ABŞ dolları dəyərində 90,1 ton
  • Norveç - 103,1 min ABŞ dolları dəyərində 21 ton
  • İsrail - 10,2 ton 61,6 min ABŞ dolları
  • Birləşmiş Ərəb Əmirlikləri - 19,6 min ABŞ dolları dəyərində 2,2 ton
  • Yaponiya - 16,3 min ABŞ dollarına 1,2 ton
  • Səudiyyə Ərəbistanı - 3,9 ton üçün 14,9 min ABŞ dolları
  • Ermənistan - 0,99 ton 9,7 min ABŞ dolları
  • Almaniya - 0,97 ton 5,2 min ABŞ dolları
  • Avstriya - 3,3 min ABŞ dolları 0,50 ton

 

ŞƏRH YAZ
1