Hər kəsin gözlədiyi məlumat verildi - 8 dekabradək gözlənilən hava şəraiti açıqlandı
05.12.2022 13:50
945
Maraqlı
A
Hər kəsin gözlədiyi məlumat verildi - 8 dekabradək gözlənilən hava şəraiti açıqlandı

Dekabrın 5-6-da Qərbi Gürcüstanın bəzi rayonlarında yağış, yüksək dağlıq ərazilərdə qar yağacağı, dekabrın 7-8-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Aktual.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.

Bildirilib ki, aran rayonlarında havanın temperaturu gündüz +12, +17 dərəcəyədək yüksələcək.

Şərqi Gürcüstana gəlincə, agentliyin məlumatına görə, dekabrın 8-dək soyuq, buludlu, dumanlı və qarlı hava şəraiti davam edəcək. Bəzi yerlərdə havanın temperaturu gecə 0,5, gündüz 0,5 dərəcə isti təşkil edəcək. Dekabrın 8-də hava günəşli olacaq, gündüz temperatur +8 dərəcəyədək yüksələcək.

Məlumata əsasən, dekabrın 8-dək Tbilisidə soyuq, buludlu və dumanlı hava gözlənilir, bir az qar da müşahidə oluna bilər. Dekabrın 8-də hava yağmursuz keçəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-5 dərəcə isti təşkil edəcək.

ŞƏRH YAZ
8