Məktəblərdə qış tətili nə vaxt başlayır? - AÇIQLAMA
06.12.2022 02:02
1038
Maraqlı
A
Məktəblərdə qış tətili nə vaxt başlayır? - AÇIQLAMA

Gürcüstanda dövlət məktəblərində qış tətili dekabrın 30-da başlayacaq və yeni tədris ili isə 2023-cü ilin yanvarın 16-da bərpa olunacaq. 

Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstanın Təhsil və Elm Nazirliyindən bildirilib.

Tətilin sonu, 14 yanvar şənbə gününə təsadüf etdiyi üçün məktəblərdə dərslər yanvarın 16-da başlayacaq. Yaz tətili martın 8-də başlayacaq və 14-dək davam edəcək.

Tədris ilinin birinci semestri 74 gün, ikinci semestr isə 97 gün davam edəcək. Lakin ikinci semestr ərzində birinci sinif şagirdləri 83 gün, 12-ci sinif şagirdləri isə 79 gün dərslərdə iştirak edəcəklər.

Belə ki, birinci sinif şagirdləri üçün dərs ili mayın 25-də, 12-ci siniflər üçün isə son zəng mayın 15-də çalınacaq. Qalan sinif şagirdləri isə iyunun 15-dək məktəbdə olacaqlar.

ŞƏRH YAZ
1