Noyabr ayında Gürcüstanı ən çox bu ölkələrin vətəndaşları ziyarət edib - STATİSTİKA
06.12.2022 14:29
380
İqtisadiyyat
A
Noyabr ayında Gürcüstanı ən çox bu ölkələrin vətəndaşları ziyarət edib - STATİSTİKA

2022-ci ilin noyabr ayında Gürcüstana 299 min 605 beynəlxalq turist səfəri həyata keçirilib.

Aktual.ge xəbər verir ki, bu barədə Milli Turizm Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, noyabr ayında Gürcüstanı ziyarət edən 299 min 605 nəfər turistin 108 min 247 nəfərini ruslar təşkil edib. Statistikaya görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu rəqəm 362% artıb və Gürcüstana gələn beynəlxalq ziyarətçilərin statistikasına ardıcıl olaraq altıncı aydır ki, Rusiya başçılıq edir.

Noyabr ayında Gürcüstanı ziyarət edən turistlərin siyahısı belədir:

  • Rusiya - 108 min 247 ziyarətçi (əvvəlki ilə nisbətən 362,1% artım);
  • Türkiyə - 101 min 940 ziyarətçi (artım 212,9%);
  • Ermənistan - 71 min 785 ziyarətçi (artım 272,1%);
  • Gürcüstan (qeyri-rezident) – 25 min 932 ziyarətçi (artım 71,1%);
  • İsrail - 15 min 386 ziyarətçi (27,9% artım);
  • Ukrayna - 13 min 631 ziyarətçi (artım 56,7%);
  • Azərbaycan - 12 min 419 ziyarətçi (54% artım);
  • Belarus - 6 min 675 ziyarətçi (artım 142,9%);
  • İran - 6 min 508 ziyarətçi (121% artım);
  • Qazaxıstan - 6 min253 ziyarətçi (artım 21,5%).

Qeyd edək ki, miqrantlar turistlərdən ayrılmır. Beləliklə, Ukraynada başlayan müharibə ilə əlaqədar Gürcüstana gələn Rusiya və Belarus vətəndaşları turizm statistikasına daxil edilib.

ŞƏRH YAZ
0