8 dekabradək gözlənilən hava şəraiti - PROQNOZ
07.12.2022 01:48
624
Maraqlı
A
8 dekabradək gözlənilən hava şəraiti - PROQNOZ

Dekabrın 7-8-də Qərbi Gürcüstanda hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Aktual.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.

Məlumata əsasən, aran rayonlarında hava temperaturu gündüz +12, +17 dərəcəyədək yüksələcək.

Şərqi Gürcüstanda dekabrın 8-dək soyuq, buludlu, dumanlı, bəzən qarlı hava şəraiti davam edəcək. Hava temperaturu gecə 0 -5, gündüz 0, +5 dərəcə isti təşkil edəcək.

Dekabrın 8-də hava günəşli olacaq, gündüz temperatur +8 dərəcəyədək yüksələcək.

Paytaxta gəldikdə, dekabrın 8-dək Tbilisidə soyuq, buludlu və dumanlı hava gözlənilir. Az miqdarda qar yağışı da müşahidə oluna bilər. Dekabrın 8-də hava yağmursuz keçəcək. Hava temperaturu gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-5 dərəcə isti təşkil edəcək.

ŞƏRH YAZ
1