Mirtəqi Əsədovdan müzakirələrə səbəb olacaq açıqlama - FOTO
07.12.2022 18:54
875
Siyasət
A
Mirtəqi Əsədovdan müzakirələrə səbəb olacaq açıqlama - FOTO

Bu gün Apellyasiya məhkəməsində, Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin (ÜGMADİ) Gürcüstan Müsəlmanları İdarəsi (GMİ), Gürcüstan Müsəlmanları Birliyi (GMB) və təmsilçilik şurasına qarşı qaldırdığı iddiaya baxılıb.

Aktual.ge xəbər verir ki, bu barədə ÜGMADİ-nin sədri seyid Mirtağı Əsədov sosial şəbəkədə məlumat verib.

Daha ətraflı Aktual.ge xəbər portalına danışan din xadiminin sözlərinə görə, GMİ-nin şeyxi Hacı Ramin İgidov və Hacı Rasim Məmmədov ondan xəbərsiz müqavilə imzalayıblar. 

O bildirib ki, rəhbərlik etdiyi idarənin şikayəti Gürcüstan Konstitusiyasının 117 saylı qərarına dayanır.

"Biz 117 nömrəli qərar əsasında Gürcüstan Müsəlmanları İdarəsi, Gürcüstan Müsəlmanları Birliyi və Təmsilçilik Şürasını məhkəmyə vermişik. GMİ-nin təmsilçisi şeyx Hacı Ramin İgidov həzrətləri və Hacı Rasim Məmmdəov cənabları bizlərdən xəbərsiz, 10 noyabr 2014-cü ildə müqavilə imzalamışdılar ki, güya biz sözügedən tarixdəki razılaşma və müqavilədən imtina etmişik. Amma həqiqətdə də biz imtina etməmişik. Burada məqsəd isə ÜGMADİ-ni dini proseslərdən uzaqlaşdırmaq olub. İndi həmin haqsızlıqla bağlı Apellyasiya Məhkəməsinə şikayət etmişik ki, haqqı tapdalanmış tərəfin hüquqları bərpa edilsin. Bu şikayət, dövlət tərəfindən dini sahəyə ayrılmış maliyyə vəsaitinin tərəfkeşliklə bölünməsinə qarşı qaldırdılmış bir iddiadır. 

Ali Məhkəmənin benefisiar (qəbul edən) tərəf olduğumuza dair qərarına baxmayaraq, bu günədək qarşı tərəf qərarın icrasından yayındığı üçün məsələ mübahisəli olaraq qalır deyə, Apellyasiya Məhkəməsində hazırda şikayətimiz əsasında proses davam edir. Ümumiyyətlə neçə ildir ki, bu proses davam etdirilir. İnanırıq ki, sonunda ədalət qələbə çalacaq və haqq öz yerini tapacaq" , - deyə Mirtəqi Əsədov qeyd edib.

 Seyid Mirtagi Asadov:
 :
ŞƏRH YAZ
4