07.12.2022 20:18
534
Siyasət
A
"Eşitdim ki, Saakaşvili həbsxana mühitini sevmir. Hansı məhbus həbsxana mühitini bəyənir" - Qaribaşvili

"Mən çox eşitmişəm ki, cənab Saakaşvili depressiyaya düşüb və ətraf mühiti sevmir. Ümumiyyətlə hansı məhbus həbsxana mühitini bəyənir?".

Aktual.ge xəbər verir ki, bu sözlərlə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili keçmiş Prezident Mixail Saakaşvilinin səhhəti ilə bağlı jurnalistlərin sualını cavablayıb.

Mixail Saakaşvilinin həyatına görə məsuliyyəti öz üzərinə götürüb-götürməyəcəyi sualına isə o, belə cavab verib:

"Həyatımızı Allaha verib, ona görə də mən heç kimin həyatına görə məsuliyyət daşıya bilmərəm. Mən səmimi qəlbdən Saakaşviliyə bir insan kimi uzun ömür, cansağlığı arzulamaq istəyirəm. Dövlət bütün məhbusların konstitusiya hüquqlarını qorumaq üçün hər şeyi edir və edəcək”.

Mixail Saakaşvilinin müalicə üçün xaricə köçürülməsi ilə bağlı suala isə Baş nazir belə cavab verib:

"Mixail Saakaşvili Gürcüstanda müalicə olunmaq istəmir və onun əsl istəyi həbsdən qurtulmaqdır.

Cənab Rati Breqadze ictimai təkliflə çıxış edib ki, istənilən ölkədən, istənilən klinikadan istənilən həkimi gətirib Saakaşvilini yerindəcə müalicə etsinlər. Amma buna cavab vermədilər, onu Gürcüstanda yalnız bir məqsədlə müalicə etmək istəmirlər, vəzifələri Saakaşvilini azad etməkdir”.

ŞƏRH YAZ
13