Səhiyyə Nazirliyindən mövsümü viruslarla bağlı əhaliyə xəbərdarlıq
07.12.2022 20:44
1169
İqtisadiyyat
A
Səhiyyə Nazirliyindən mövsümü viruslarla bağlı əhaliyə xəbərdarlıq

"Bir qayda olaraq, viruslar 4-5 gün davam edən tənəffüs əlamətləri, qızdırma ilə xarakterizə olunur. Bunlar ümumi hallardır və müalicə həkim nəzarəti altında evdə aparılmalıdır. Əgər hər hansı bir fəsadla qarşılaşırıqsa, məsələn, yüksək temperatur 7 gün davam edib, bu, artıq diqqət edilməli məsələdir".

Aktual.ge xəbər verir ki, bununla bağlı Səhiyyə nazirinin müavini Tamar Qabunia əhaliyə xəbərdarlıq edib.

Onun sözlərinə görə, aşağı temperatur zamanı özünü müalicə etmək, müxtəlif iltihab əleyhinə dərmanlar qəbul etmək məqsədəuyğun deyil.

“Belə bir zamanda həkimə müraciət edə, hətta telefonla məsləhət ala bilərik. Ailə həkimləri xəstənin mənzilinə gəlməyə hazırdır. Son 2 ildir ki, koronavirusun yayılmasının qarşısını almaq üçün telefonla məsləhətləşmələr tövsiyə olunur. İndi, COVID-19-un yayılması ən aşağı həddə çatdıqda, həkim müvafiq avadanlıq taxaraq və normalara riayət edərək mənzilə gələcək, vəziyyəti qiymətləndirəcək və gərəkən resepti yazacaq”, - Tamar Qabunia söyləyib.

ŞƏRH YAZ
5