Zelenski
08.12.2022 02:18
469
Dünya
A
Zelenski "İlin adamı" seçilib - FOTO

ABŞ-ın “Time” jurnalı Prezident Volodimir Zelenskini və onun timsalında Ukrayna ruhunu “İlin adamı” elan edib.

Aktual.ge xəbər verir ki, bu barədə “Time” jurnalı məlumat yayıb.

Bildirilib ki, Zelenski Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin başlanğıcında bütün dünyanı öz ölkəsi ətrafında birləşdirə bilib.

Xatırladaq ki, Avropa İttifaqı bundan əvvəl Ukrayna xalqını Saxarov mükafatına layiq görüb. Bundan əlavə, Zelenski Ukrayna xalqının cəsarətinə görə "Oxi" cəsarət mükafatına layiq görülüb.

Qeyd edək ki, daha əvvəl “Financial Times” nəşri də Zelenskini “İlin adamı” seçmişdi.

ŞƏRH YAZ
5