İranda azərbaycanlı ailəyə ağır cəzası verilib - FOTO
08.12.2022 11:21
240
Dünya
A
İranda azərbaycanlı ailəyə ağır cəzası verilib - FOTO

İranın Kərəc bölgəsində yaşayan və noyabrın 4-də həbs edilən azərbaycanlı ziyalı və rentgenoloq Həmid Qarahəsənli etiraz aksiyalarında SEPAH-a bağlı yarım hərbi Bəsic üzvünün öldürülməsi işinə görə edama məhkum edilib.

Aktual.ge Axar-a istinadən məlumat verir ki, onun həyat yoldaşı kardioloq Fərzanə Qarahəsənliyə isə 25 il həbs cəzası verilib.

Bundan əvvəl azərbaycanlı cütlük işgəncə edilib və yaralı vəziyyətdə kamera qarşısına çıxarılaraq onlardan məcburi etiraflar alınıb. İran Məhkəmə Sisteminin sözçüsü Məsud Sitayeşi dekabrın 6-ı günortadan sonra mediaya verdiyi açıqlamada Bəsic üzvü Ruhullah Əcəmiyanın ölüm hadisəsinə görə, 5 nəfərin edam cəzasına, 11 nəfərin isə uzun müddətli həbs cəzasına məhkum edildiklərini bildirib.

Qeyd olunur ki, azərbaycanlı cütlük sentyabrın 23-də Kərəcdə keçirilən aksiyalar zamanı hökumət məmurları tərəfindən güllələnərək öldürülən azərbaycanlı şairə Hədis Nəcəfinin 40 mərasimində iştirak etdiklərinə görə saxlanılmış, sonradan onlara qarşı ittihamlar irəli sürülmüşdür.

ŞƏRH YAZ
6