
Kateqoriyalar
Marneuli Bələdiyyəsində fəaliyyət göstərən uşaq bağçalarında Yeni il tətili 30 dekabrdan başlayacaq.
Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Marneuli Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov verib.
Onun sozlərinə görə, bağçalarda Yeni il tətili 16 yanvaradək davam edəcək.
Qeyd edək ki, Marneuli Bələdiyyəsində 14 uşaq bağçası və 16 məktəbəqədər hazırlıq mərkəzi fəaliyyət göstərir.