İmamquliyev keçirilən reydlərlə bağlı: Polis azərbaycanlılara qarşı özbaşanlıq edir
08.12.2022 14:03
1210
Siyasət
A
İmamquliyev keçirilən reydlərlə bağlı: Polis azərbaycanlılara qarşı özbaşanlıq edir

Müxalif "Avropalı Gürcüstan" partiyasının Marneuli qərargah sədrinin sözlərinə görə, polis azərbaycanlılara qarşı özbaşnalıq hərəkəti edir.

Aktual.ge xəbər verir ki, o, özünün "Facbook" hesabında qeyd edib ki, polis soydaşlarımıza qarşı həddini aşıb.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının müvafiq hərəkəti 90-cı illəri xatırladır.

Müxalifətçinin sözlərinə görə, polis Qaracalar kəndində soydaşlarımıza qarşı "Reyd" keçirərkən nifrət diliylə danışıb.

"Mənə gələn qeyri-rəsmi məlumata əsasən, dekabrın 6-da axşam saat 19:00-20:00 radələrində Telavinin Qaracalar kəndində polis “reyd” keçirib. Orda yaşayan soydaşlarımıza Borçalı türklərinə qarşı şiddətli nifrət diliylə danışa-danışa gənclərimizi həbs ediblər. Evinin önündə durani da, yolnan gedəni də məsciddən çıxanı da zorla avtomobilə soxaraq polisə aparıblar. Bəzilərini ona görə aparıblar ki, polis gəncləri aparan zaman sual verilib ki, niyə və hara aparırsı? Elə həmin insanıda həbs ediblər, cavabları belə olub ki, gəl gör hara aparırıq.

Bu polisin özbaşnalığıdır, xüsüsən də bizim soydaşlarımıza qarşı artıq həddini aşıb. Bu məsələyi eşidəndə elə zənn etdim ki, biz artıq 90-ci illərdəyik. 90-cı illərdə olduğu kimi indi də eyni siyasət gedir. Sadəcə istiqamət dəyişib. Bütün bölgələrdə eyni siyasət, pambıqla baş kəsirlər. İnsanlarımızı öz doğma yurtlarından uzaqlaştırmaq istəyirlər. Gənclər ruhdan düşməyin, təhsilə, idmana, böyük ticarətə və gələcəyə doğru birlikdə addımlayin. Biz sizinləyik, gələcək sizindir. Seçkilərdə 20-30 lariyə səsini satanlar və seçkilərə nomrələrə gedənlər utansın", -deyə Əhməd İmamquliyev qeyd edib.

Məlumat üçün bildirək ki, son vaxtlar Kvmeo Kartlidə də, xüsusi ilə də Marneuli hüquq-mühafizə orqanları əməkdaşları axşam saatlarında reyid keçirir. Vətəndaşları saxlayır, şəxsiyyət vəsiqəsi soruşur, üstlərini yoxlayır və telefonla fotoşəkillərini çəkdiyi müşahidə olunur.

ŞƏRH YAZ
2