Dekabrın 13-dək gözlənilən hava şəraiti açıqlandı
08.12.2022 17:05
479
Maraqlı
A
Dekabrın 13-dək gözlənilən hava şəraiti açıqlandı

Dekabrın 13-dək Qərbi və Şərqi Gürcüstanda olacaq hava şəraiti açıqlanıb və bildirilib ki, sözügedən tarixə qədər Gürcüstanda isti və əsasən yağmursuz hava şəraiti gözlənilir.

Aktual.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.

Məlumata əsasən, aran rayonlarında havanın temperaturu gündüz +15, +20 dərəcəyədək yüksələcək, bəzi rayonlarda isə şərqdən güclü külək əsəcək.

Agentlikdən bildirilib ki, Gürcüstanın şərqində əsasən yağmursuz, lakin nisbətən soyuq, buludlu və dumanlı hava gözlənilir. Bəzi bölgələrdə havanın temperaturu gecə 4,1 dərəcə şaxta, gündüz 5,10 dərəcə isti təşkil edəcək.

Paytaxt Tbilisiyə gəlincə isə hava yağmursuz keçəcək. Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.

 

ŞƏRH YAZ
2