Məktəb direktoru olmaq istəyənlərin nəzərinə qeydiyyat davam edir
08.12.2022 17:31
665
Mədəniyyət
A
Məktəb direktoru olmaq istəyənlərin nəzərinə qeydiyyat davam edir

Gürcüstanın Təhsil və Elm Nazirliyinin təşəbbüsü ilə dövlət məktəblərinin direktoru vəzifəsinə namizədlərin attestasiyası prosesi davam edir.

DİM-dən verilən məlumata görə, attestasiyadan keçmək üçün direktorluq iddiaçıların qeydiyyatı 2022-ci il dekabrın 16-dək davam edəcək.

Bildirilib ki, qeydiyyat bu linkə daxil olaraq mümkündür: https://directors.mes.gov.ge

Qeyd edək ki, direktor vəzifəsinə namizədlərin attestasiyası iki mərhələdən ibarətdir - test və müsahibə. Ali təhsilli və ən azı 3 il iş təcrübəsi olan Gürcüstan vətəndaşlarının sertifikatlaşdırma prosesində iştirak etmək imkanı var.

2020-ci ildə elan edilmiş direktor vəzifəsinə namizədlərin seçim müsabiqəsi çərçivəsində artıq qeydiyyatdan keçmiş şəxslərin yenidən qeydiyyata ehtiyacı yoxdur.

Direktorluq iddiaçıları üçün imtahan proqramı və test nümunələri https://directors.mes.gov.ge internet saytında yerləşdirilib

Bildirilib ki, məktəb direktoru olmaq istəyənlər https://el.ge saytında vebinar şəklində müxtəlif mövzularda məsləhət almaq imkanı əldə edə bilərlər. Bundan əlavə, sertifikatlaşdırma ilə maraqlanan şəxslər [email protected] ünvanına xüsusi suallarını göndərə bilərlər.

 

ŞƏRH YAZ
0