Apellyasiya Məhkəməsi Marneuli Meriyasının Kilsəni maliyyələşdirməsi ilə bağlı edilən müraciəti təmin edib
09.12.2022 00:21
406
Siyasət
A
Apellyasiya Məhkəməsi Marneuli Meriyasının Kilsəni maliyyələşdirməsi ilə bağlı edilən müraciəti təmin edib

Dekabrın 8-də Tbilisi Apellyasiya Məhkəməsi, Bolnisi Şəhər Məhkəməsinin Marneuli Meriyasının büdcəsindən dini qurumların maliyyələşdirilməsi ilə bağlı vermiş olduğu qərarı ləğv edib.

Aktual.ge xəbər verir ki, bu barədə ictimai fəal Samirə Bayramova sosial şəbəkədə məlumat yayıb.

O qeyd edib ki, Apellyasiya Məhkəməsi Marneuli Bələdiyyəsinin büdcəsindən Marneuli və Hucabi Yeparxiyasının maliyyələşdirilməsinin davam etdirilməsi ilə bağlı Marneuli Bələdiyyə Məclisinin müraciətini dəstəkləyib.

Məlumat üçün xatırladaq ki, bu ilin 1 iyul tarixində Bolnisi Şəhər Məhkəməsi Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi (ÜGMADİ) və ictimai fəal Samirə Bayramovanın şikayəti əsasında Marneuli meriyası tərəfindən, Marneuli və Hucabi Yeparxiyasına hər il ayrılan 400 min lari ilə bağlı qərarı ləğv edib. Marneuli Bələdiyyə Məclisi isə Bolnisi Şəhər Məhkəməsinin qərarını Apellyasiya məhkəməsinə şikayət edib. Beləliklə Apellyasiya Məhkəməsinin 8 dekabrda verdiyi qərarla 2023-cü ildə də Marneuli və Hucabi Yeparxiyası üçün Marneuli Meriyasından 400 min lari məbləğ ayrıla bilər.

ŞƏRH YAZ
6