5 ölkə birgə xüsusi əməliyyat keçirib: 23 nəfər saxlanılıb, aralarında Gürcüstan vətəndaşlarıda var - FOTO/VİDEO
09.12.2022 00:32
715
Dünya
A
5 ölkə birgə xüsusi əməliyyat keçirib: 23 nəfər saxlanılıb, aralarında Gürcüstan vətəndaşlarıda var - FOTO/VİDEO

Polşa, Estoniya, Almaniya, Litva və Latviyanın hüquq-mühafizə orqanlarının birgə keçirdiyi xüsusi əməliyyat nəticəsində Belarusdan Avropa İttifaqı ərazisinə qanunsuz olaraq miqrantları daşıyan cinayətkar qruplaşmanın üzvləri yaxalanıb.

Aktual.ge xəbər verir ki, bu barədə xarici KİV məlumat yayır.

Məlumata görə, saxlanılan 23 nəfərdən 2-si Gürcüstan vətəndaşlarıdır.

Qeyd olunub ki, əməliyyat “Avropol”un koordinasiyası ilə həyata keçirilib. Mövcud məlumata görə, iş üzrə 23 nəfər, 2 Gürcüstan vətəndaşı, 8 polyak, 9 ukraynalı, 2 tunisli, biri iraqlı və biridə belaruslu saxlanılıb. İstintaqı Lu lin polisi aparır. Məhkəmə 15 nəfər barəsində həbs qətimkan tədbiri seçib.

Bundan əlavə, “Avropol”un məlumatına görə, yanvar ayından bəri ümumilikdə 61 nəfər miqrantları qeyri-qanuni yolla Avropa İttifaqına gətirməyə cəhd etdiklərinə görə həbs edilib.

İstintaqın məlumatına görə, əsasən Suriya və Türkiyə vətəndaşlarının da olduğu cinayətkar qruplar müxtəlif qanunsuz dəhlizlər vasitəsilə İraqdan vətəndaşları Avropa İttifaqının ərazisinə daşıyıblar. Məlumata görə, bir vətəndaşın qaçaq yollarla daşınması üçün 3-15 min avro tələb ediblər. 

ŞƏRH YAZ
0