Ukraynalı diplomatı tənqid edib, müxalifətə yükləndi:
09.12.2022 00:53
642
Siyasət
A
Ukraynalı diplomatı tənqid edib, müxalifətə yükləndi: "2008-ci olduğu kimi yenə Qırmızı Körpüdən qaçacaqlar"

"Biz Ukraynanın suverenliyini, ərazi bütövlüyünü dəstəkləyirik və Rusiyanın təcavüzünü pisləyirik. Lakin ikinci hissədə bizim radikal müxalifətdən, Kasianovdan və başqalarından bir fərqimiz var ki, onlar bu müharibənin sona qədər Gürcüstanın müharibəsinə çevrilməli olduğunu deyirlər, biz bununla razılaşa bilmərik".

Aktual.ge məlumat verir ki, bunları hakim "Gürcü Arzusu" partiyasının sədri İrakli Kobaxidze deyib.

“Rusiya Gürcüstan ərazilərinin 20 faizini işğal edib, bu, məlum faktdır. Tez-tez belə bir ifadə eşidilir ki, 'Ukraynada gedən müharibə Gürcüstanın da müharibəsidir'. Sizə bir şeyi deyə bilərəm ki, müharibə Gürcüstan üçün yarı olmayacaq. Bu müharibə yarı Gürcüstanın ola bilməz. Bu halda müharibə ya sənin olmalı, ya da sənin olmamalıdır. Əslində, o müharibənin Gürcüstanın müharibəsidir deyənlər Kasyanovun dediklərini göstərirlər. Onlar istəyirlər ki, bu müharibə Gürcüstanın da müharibəsi olsun, yəni Gürcüstanda ikinci cəbhəyə çevrilsin. Bizə əhalinin sərəncamı var. Bu sərəncam Gürcüstanda sülhü qorumaqdır. İnanın ki, burada asayiş pozularsa, ilk radikal müxalifət 2008-ci ildə qaçdıqları kimi yenə Qırmızı Körpüdən  qaçacaqlar"-, deyə o, qeyd edib.

Sözlərində Ukraynanın Gürcüstandakı səfir səlahiyyətlərinin icraçısı Andey Kasyanovu hədəf alan İrakli Kobaxidzenin sözlərinə görə,  ukraynalı diplomat Gürcüstanda ikinci cəbhənin olmasını istədiyini bildirib.

ŞƏRH YAZ
9