Köhnə parlament binasını İsrail şirkəti texnologiya mərkəzinə çevirə bilər
13.12.2022 11:45
398
Maraqlı
A
Köhnə parlament binasını İsrail şirkəti texnologiya mərkəzinə çevirə bilər

Kutaisi şəhərindəki keçmiş parlament binası İT habına çevriləcək.

Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri İrakli Qaribaşvili məlumat verib.

O, hazırda fəaliyyət göstərməyən binanın texnoloji mərkəzə çevrilməsi məqsədilə İsrail şirkəti ilə danışıqların davam etdiyini qeyd edib. Baş nazir məqsədin İT sektorunun inkişafını təşviq etmək olduğunu vurğulayıb.

Qeyd edək ki, Gürcüstanın hazırda həbsdə olan üçüncü Prezidenti Mixeil Saakaşvilinin hakimiyyətinin sonuncu ilində - 2012-ci ildə istifadəyə verilmiş parlament binası 2019-cu ilədək fəaliyyət göstərib. 2012-ci ildə "Gürcü Arzusu" partiyası hakimiyyətə gəldikdən sonra parlamentin yenidən Tbilisiyə qaytarılması istiqamətində fəaliyyətə başlayıb. 2019-cu ildə parlament yenidən paytaxt Tbilisiyə köçürülüb və Kutaisidəki bina ölkənin Daxili İşlər Nazirliyinin tabeliyinə verilib.

 

ŞƏRH YAZ
8