SON DƏQİQƏ! Marneulidəki qanlı insidentin İLK TƏFƏRRÜATLARI
27.12.2022 22:51
4791
Siyasət
A
SON DƏQİQƏ! Marneulidəki qanlı insidentin İLK TƏFƏRRÜATLARI

Əldə edilən son dəqiqə məlumatına görə, Marneulidə 26 dekabr axşam saatlarında gənc oğlan ata və qoca babasını odlu silahla gülləməsinin ardından xəstəxanaya yerləşdirilən yaralıların vəziyyətinin ağır olduğu öyrənilib.

Aktual.ge-nin verdiyi xəbərə görə, qanlı hadisənin motivi ehtimal edilir ki, ailə zəmnində baş verib.

"Qoca baba və oğlu xəstəxanaya yaralı vəziyyətdə gətirilib. Bədən nahiyyəsindən yaralanan qoca babanın güllə ciyar hissəsinə tuş gəlib və vəziyyəti ağırdır. Eyni zamanda beyin nahiyyəsindən güllələnən atanın isə vəziyyəti olduqça ağırdır və o, yaxın vaxtlar da Tbilisiyə köçürüləcək",- "Geo Hospital" klinikasının meneceri Tata Şenqelia Aktual.ge xəbər portalının sorğusuna məlumat verib.

Bu mərhələdə qanlı hadisənin törədicisi saxlanılıb-saxlanılmadığı məlum deyil. Aktual.ge Daxili İşlər Nazirliyi ilə əlaqə saxlamağa çalışır.

ŞƏRH YAZ
19